İranda ölkə üzrə internet bir neçə dəqiqə kəsilib.

APA-nın Tehran bürosu xəbər verir ki, bu gün yerli vaxtla saat 13:00 radələrində İranda internet kəsilib.

İranın telekommunikasiya infrastruktur şirkəti məlumat yayaraq internetin kəsilməsinə görə üzrxahlıq edib.

Şirkət internetin kəsilməsinin səbəblərinin araşdırıldığını bildirib.