Sentyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Apple” iOS 17-ni nümayiş etdirib. Xatırladaq ki, iOS mobil əməliyyat sisteminin on yeddinci versiyası 5 iyun 2023-cü ildə Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) 2023-cü ildə elan edilib. Bəs istifadəçiləri hansı yeniliklər gözləyir?

StandBy

“StandBy” funksiyasının köməyi ilə yükləməyə qoyduğunuz iPhone məlumat mərkəzinə və ya çarpayının yanındakı saata çevriləcək. Ekranda cari vaxt, daxil olan bildirişlər və müxtəlif vidjetlər göstəriləcək. İstəyirsinizsə, ekrana sevimli şəkillərinizi də qoya bilərsiniz. Bu funksiyadan istifadə etmək üçün smartfonu stendə üfüqi vəziyyətdə yerləşdirmək və yükləməyə qoymaq lazımdır.

1 1

Vidjetlər

iPhone-un kilid ekranındakı vidjetlər interaktiv olub. İndi, məsələn, ağıllı evin işıqlandırılmasına nəzarət etmək və ya xatırlatmaları söndürmək üçün proqramları açmağa ehtiyac yoxdur.

20 1

NameDrop

AirDrop-dakı bu xüsusiyyət iki iPhone sahibinə zənglər zamanı görünəcək kontaktları tez və təhlükəsiz şəkildə mübadilə etməyə imkan verir. Vacib şərt iki smartfonun bir-birinə yaxın olmasıdır. İndi artıq bu məlumatları əl ilə daxil etməyə və ya üçüncü tərəf proqramları vasitəsilə ötürməyə ehtiyac yoxdu.

4 1

Şəkil tanıma

İndi sistem təkcə insanların deyil, heyvanların da üzlərini tanıyacaq. Başqa bir yenilik yeməyin şəklini çəkməyə və sonra oxşar reseptlərin onlayn seçimini əldə etməyə imkan verir. Bunu etmək üçün sadəcə “Məlumat” düyməsini sıxmağınız kifayətdir.

8

FaceTime-da videomesajlaşma

İstifadəçi zəngə cavab vermirsə, ona videomesaj göndərə bilərsiniz və o, istəsə, mesajınızı Apple TV-də izləyəcək.

Safari-də məxfilik

İstifadəçilər Touch ID və ya Face ID avtorizasiyasından istifadə edərək Anonim rejimdə mobil Safari-yə daxil ola biləcəklər.

1

Sağlamlıq

İndi “Sağlamlıq” proqramı sizə təkcə fiziki fəaliyyəti deyil, digər meyarları da izləməyə imkan verəcək. İstifadəçilər gündəlik əhval-ruhiyyələrini seçərək, onların ruh hallarına nə təsir etdiyini qeyd edə bilərlər. Proqramda narahatlıq səviyyəsini qiymətləndirmək imkanı da olacaq.

2

Xatirə jurnalı

Bu, şəxsi gündəliyə bənzər bir şeydir. Qeydlərə şəkil və lokasiyalar əlavə edilə bilər. Qeyd olunur ki, şifrələmə sayəsində heç kim jurnalın məlumatlarına daxil ola bilməyəcək.

3

Banker.az