İngiltərə Bankı 2021-ci ilin dekabrından bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 5.25% səviyyəsində saxlayaraq artıma getməyib. Eyni zamanda, tənzimləyici inflyasiyanın 2%-lik hədəfə qaytarılması üçün “kifayət qədər yüksək” dərəcənin  uzun müddət saxlanılacağını vəd edib.

Avqustda Böyük Britaniyada inflyasiya 6.7%-ə düşüb. İngiltərə Bankı inflyasiyanın 2025-ci ilin ikinci rübündə hədəfinə çatacağını proqnozlaşdırır.

“Bloomberg” qeyd edir ki, İngiltərə Bankı 2021-ci ilin dekabrından bəri ardıcıl olaraq 14 dəfə faizləri artırıb. “Goldman Sachs” və “Nomura” analitikləri hesab edirlər ki, məzənnələr hazırda pik həddə çatıb.