İngiltərə Mərkəzi Bankı (“Bank of England” – BoE) uçot dərəcəsini 5,25 faizdən 5 faizə endirib.
AZƏRTAC xəbər verir ki, bu, 2020-ci ilin martından bəri ilk dəfə baş verir. Bank 2023-cü ilin avqust ayında Böyük Britaniyada artan qiymətlərlə mübarizə aparmaq üçün uçot dərəcəsini 16 ilin ən yüksək göstəricisi olan 5,25 faiz səviyyəsinə qaldırmışdı.
Britaniyanın maliyyə naziri Reyçl Rivz faiz dərəcələrinin aşağı salınmasının sevindirici xəbər olduğunu deyib.