İndiyədək 21 özəl və 2 dövlət aqroparkı olmaqla 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Bu barədə AZƏRTAC-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edək ki, aqroparkların fəaliyyətlərində dəyər zəncirinin formalaşdırılması və effektivliliyinin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Əsasnaməyə uyğun olaraq, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb.