“Twitter”in yeni sahibi İlon Mask sosial şəbəkədə bloklanmış bütün hesablar üçün “amnistiya” elan etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Qeyd edilib ki, bu, İ.Maskın “qanunu pozmayan və ya böyük spamla məşğul olmayan” bloklanmış istifadəçilərin “amnistiya”ya cəlb edilib-edilməməsi ilə bağlı sorğu keçirməsindən sonra edilib. 3 milyondan çox istifadəçilərinin 72 faizi “amnistiya”nın lehinə səs verib.