Çinin iri “Evergrande Group” şirkətinin 23 sentyabrda borcu üzrə bir hissə ödəniş edəcəyi bildirilir.

Marja xəbər verir ki, bu barədə çərşənbə günü “Sina” informasiya portalı məlumat yayıb.

Məlumata görə, bu qərar ötən il sentyabrın 23-dən bu il sentyabrın 22-dək buraxılan istiqrazlara aiddir. Müvafiq qiymətli kağız emissiyasının həcmi 4 milyard yuan (cari məzənnə ilə 618 milyon dollar) təşkil edir.

“Evergrande Group”, Çinin ən böyük inşaat və əmlak şirkətlərindən biridir. Şirkıtin borc öhdəliklərinin həcmi kritik bir həddə çatdıb və bununla əlaqədar olaraq iflas riski yaranıb. Bu həftə 2022-ci ilin Mart ayındak müddəti olan istiqrazlar üzrə də 83.5 milyon dollar ödəməlidir. Sentyabrın 29-da “Evergrande” başqa bir qiymətli kağıza görə daha 47,5 milyon dollar ödəməlidir. Şirkətin ödəmələri edib-etməyəcəyi qlobal bazarlar tərəfindən izlənilir.