H&M-in xalis mənfəəti 2021-2022-ci maliyyə ilində təxminən 350 milyon dollara qədər azalıb.

Dünyanın ən böyük geyim pərakəndə satış şəbəkəsi Hennes & Mauritz (H&M) şirkətinin hesabatına görə, noyabrın 30-da başa çatan 2021-2022-ci maliyyə ilində xalis mənfəəti üç dəfə azalaraq 3 milyard 566 milyon İsveç kronuna (təxminən 350 milyon dollar) düşüb. 

Marja xəbər verir ki, şirkətin gəlirləri 12,4% artaraq 223 milyard 553 milyon krona (21,9 milyard dollar) çatıb.

Maliyyə ilinin dördüncü rübünün nəticələrinə görə, N&M bir il əvvəl əldə etdiyi 4,6 milyard kron (450 milyon dollar) mənfəətə qarşı 864 milyon kron (84,7 milyon dollar) xalis zərər edib. Rüblük gəlir təxminən 10% artaraq 62 milyard 433 milyard krona (6,12 milyard dollar) olub.

H&M 1947-ci ildə İsveçdə yaradılıb. Şirkət geyim istehsalı və satışı ilə məşğuldur. H&M ilə yanaşı, COS, Monki, Weekday və digər brendləri də inkişaf etdirir. Şirkətin şəbəkəsinə 77 dünya bazarında 4,6 minə yaxın mağaza daxildir.