Koronavirusla mübarizə aparan xatirəsinə 2 avro nominalında sikkə buraxılıb.
APA-nın Belga agentliyinə istinadla xəbərinə görə, yeni pulları belçikanın maliyyə naziri Vinsent Van Petegem Qand Universitetində təqdim edib.
Xatirə sikkəsinin aversində maskalı tibb işçisi, şpris, əlil arabası təsvir edilib, 3 dildə “sağ ol” yazılıb. Reversdə isə standart formada pulun nominalı göstərilib.
2 milyon ədəd sikkə dövriyyəyə buraxılacaq. Kolleksiyaçılar üçün ayrıca yüksək keyfiyyətdə 155 000 ədəd sikkə ştamplanması nəzərdə tutulur.
Xatirə pulları tədavülə yayın sonunda çıxacaq.