Gürcüstan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa qoyub.

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi bildirib.

“Bəli, həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa tətbiq olunacaq”, – deyə nazirliyin mətbuat xidməti bildirib.

Söhbət mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərdən, həmçinin hibrid avtomobillər və elektromobillərdən gedir.

Məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.