“Alphabet” və “Google”un CEO-su Sundar Piçai işçilərin təxminən 20%-nin pandemiya bitdikdən sonra da distant işləyəcəyini söyləyib.

Banker.az bu barədə “Forbes.ru”ya istinsdən xəbər verir.

“İşçilərin təxminən 80%-i həftədə bir neçə gün ofisdən, qalan 20%-i isə evdən işləyəcək”, – deyə şirkət rəhbəri izah edib. Göründüyü kimi, “Google” hibrid iş rejiminə keçir. Bununla birlikdə, bəzi mütəxəssislər vəzifədən asılı olaraq həftədə üç gündən çox ofisdə işləyəcək.

Eyni zamanda hər bir işçi digər şəhərdəki ofisə və ya distant iş rejiminə keçmək üçün müraciət göndərə biləcək. Şirkət bu halda işçinin əmək haqqını “yeni məkana uyğun olaraq” tənzimləyəcək.

Gələcəkdə “Google” işçilərinin ildə dörd həftəyə qədər rəhbərliyin təsdiqindən sonra müvəqqəti olaraq ofisdə deyil, dünyanın hər yerindən işləyə biləcəyini planlaşdırır.

Üstəlik, şirkət işçiləri üçün istirahət günlərinin sayını artıracaq. “İşin gələcəyi çeviklikdir. Yuxarıda danışdığımız dəyişikliklər başlanğıc nöqtədir. Onlar işimizi təkmilləşdirməyə kömək edəcək”, – deyə Piçai əlavə edib.

Şirkət rəhbəri yeni iş sxeminin təfərrüatlarını iyun ayının ortalarında açıqlayacağını bildirib.