“Google Drive” video fayllarına avtomatik altyazı əlavə etmək funksiyasını təqdim edib.

Trend-in xəbərinə görə, bu funksiya istifadəçilərə video faylları yükləyərkən avtomatik olaraq videodakı nitqi aşkar etməyə və subtitr əlavə etməyə imkan verir.

Qeyd edək ki, xüsusiyyət müxtəlif dillərdə dəstək təklif edərək, çoxdilli videoların altyazı ehtiyaclarını da qarşılayacaq.