G7 ölkələri və Aİ SWIFT sisteminin analoqundan istifadə edən üçüncü ölkə banklarına qarşı sanksiyaların tətbiqini müzakirə edir.
APA xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
“Məhdudiyyətlərdən yan keçmək üçün Rusiya Mərkəzi Bankının SWIFT kimi maliyyə mesajlaşma sistemindən istifadə edən üçüncü ölkələrin kreditorlarına qarşı yönələcək tədbirlər müzakirə edilir”, – məlumatda deyilir.
Lakin konkret tədbirlərlə bağlı hələlik razılığa gəlmək mümkün olmayıb.