G7 ölkələri Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı hələlik heç bir qərar qəbul etməyiblər.

APA “Kyodo”-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya maliyyə departamentinin rəhbəri Sunyiti Suzuki bildirib.

“Bu dəfə heç bir qərar verilmədi. Biz müzakirəni davam etdirəcəyik”, – Suzuki vurğulayıb.