2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4% və 0,7% azdır. Son nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3% azdır.