Ford, 5,6 milyard dollarlıq investisiya ilə həyata keçirdiyi “BlueOval City” zavodunda elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb.

İldə 500 min ədəd elektrik avtomobili istehsal gücünə malik zavodda ilk elektrik yük maşınının 2025-ci ildə xəttdən çıxması planlaşdırılır.

İnvestisiya ilə bağlı Ford İdarə Heyətinin sədri Bill Ford deyib: “BlueOval City Ford-un dünyanın elektrik gələcəyi üçün planıdır”.

Amerika avtomobil nəhəngi Ford, 5,6 milyard dollarlıq sərmayə ilə həyata keçirdiyi Tennessi ştatının Stanton yaxınlığındakı elektrik avtomobil istehsalı mərkəzi olan BlueOval City zavodunda 2025-ci ildə elektrikli yük maşını istehsalına başlayacaq.

Marja xəbər verir ki, ildə 500 min elektrikli avtomobil istehsal gücünə malik zavodda xəttdən çıxan ilk vasitə 2025-ci ildə Project T3 kod adlı yeni nəsil elektrik yük maşını olacaq.

Gələcək elektrik avtomobillərinin və akkumulyator hüceyrələrinin istehsalının mərkəzi olacaq BlueOval City-nin tikintisinə keçən payızda başlanılıb.

Ford İdarə Heyətinin sədri Bill Ford, “BlueOval City dünyanın elektrikləşdirilmiş gələcəyi üçün Ford-un planıdır. Biz planetlə ahəngdar işləyən,  biznesin inkişafı və innovasiyaları ətraf mühitin inkişafı ilə uyğunlaşdıran qabaqcıl istehsal müəssisəsində inqilabi elektrik avtomobilləri istehsal edəcəyik” deyib.