“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2,6% müəyyən edib.

APA-Economics” şirkətə istinadən xəbər verir ki, FS 2025-ci ildə isə Azərbaycanda iqtisadi artım proqnozunu 3,3%-dən 2,8%-ə endirib, 2026-cı il üzrə 3,2%, 2027-ci il üzrə isə 3,1% iqtisadi artım müəyyən edib.

“Fitch Solutions” 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98,7 mlrd. dollara, 2025-ci ildə isə 107,7 mlrd. dollara, 2026-cı ildə 117,6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.

“Daha güclü neft sektorundan əldə edilən mənfəət ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki 3.0%-dən illik 4.0%-ə yüksəlməsinə töhfə verəcək. İnflyasiyanın yavaşlaması və aşağı faiz dərəcələri də istehlakçı xərclərini gücləndirəcək” – “Fitch Solutions” qeyd edib.

FS əlavə edib ki, iqtisadi artımla bağlı əsas risk neftin qiymətinin dəyişməsidir. Bu amil şirkətin proqnozlarına da təsir göstərəcək.