Beynəlxalq məsləhət şirkəti “Mercer”in baş investisiya direktoru Human Kaveh-ə (Hooman Kaveh) görə, ABŞ-da seçki yarışı qızışdığı və qeyri-müəyyənlik artdığına görə, FED-in ilin sonuna qədər faiz dərəcələrini sabit saxlayacağı ehtimalı artırır.

Hooman Kaveh Bloomberg televiziyasına müsahibəsində deyib: “Əgər siz Fed-in sədri olsaydınız, “olduğumuz kimi qalaq, yosxa prezident seçkilərindən sonranı gözləyək” deyərdiniz”.

Kaveh hələ də ilin sonuna qədər ABŞ-da iki faiz endirimi gözlədiyini söyləyib. Bununla belə, o, prezident Co Baydenin seçki yarışını tərk etməsi və Respublikaçıların namizədi Donald Trampın yeni rəqibi Kamala Harrislə qarşılaşma ehtimalının artması ilə bu ssenarinin dəyişmə potensialına malik olduğunu bildirib.

Keçən ay Bloomberg-ə verdiyi müsahibədə Tramp, yenidən seçiləcəyi təqdirdə Cerom Pauelə 2026-cı ilin may ayına qədər davam edəcək FED sədri vəzifəsini başa vurmasına icazə verəcəyini bildirib.