Ermənistanın dövlət borcu 31 avqust 2023-cü il tarixinə 11 milyard 387 milyon dollara çatıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, bu ilin 8 ayı ərzində ölkənin dövlət borcu dollar ifadəsində 749,2 milyon dollar və ya 7 faiz artıb.
Nazirliyin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.
Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlər qarşısındakı xarici borcu isə dollar ifadəsində 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb.
Bundan başqa, Ermənistanın Mərkəzi Bankının dollarla borcu da 1,5 faiz və ya 8,5 milyon dollar artıb.