Avropada elektrik şəbəkəsinin yenilənməsində ciddi problem özünü göstərir. Bu da təchizatın ləngiməsi ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Avropanın “Eurelectric” sənaye assosiasiyası bildirib. Təşkilat qeyd edir ki, təchizat problemlərinə görə elektrik şəbəkəsini əsaslı şəkildə yeniləmək mümkün olmur. Günəş batareyaları, külək enerjisi qurğuları və digər zəruri avadanlıqların çatışmazlığı yaşıl enerjiyə keçidi ləngidir.

Əsas avadanlıqlardan olan transformatorlarla bağlı sifarişlərin icrası bəzən 4 il çəkir. Son nəticədə elektrik şəbəkəsinə investisiya qoyuluşu azalır. Buna paralel olaraq hasil olunan elektrik enerjisinin də həcmi aşağı düşür.