Çin avtomobil istehsalçısı Xpeng oktyabrın 10-da süni intellektlə təchiz edilmiş Xpeng P7+ modelinin satışına başlayacaq.

Bu barədə “Autohome” nəşri məlumat yayıb.

Avtomobil istehsalçısının rəsmi açıqlamasına görə, Xpeng P7+ “dünyada süni intellektə malik ilk avtomobil” olacaq. O, Xpeng-in yeni nəsil avtonom sürücülük platforması ilə təchiz edilib və 2024-cü ilin dördüncü rübündə satışa çıxarılacaq.

Xpeng P7 maili arxa ucu olan fastback gövdəsinə malikdir. Avtomobilin uzunluğu 5056 mm, təkər bazası 3000 mm-dir. Tək elektrik mühərriki olan avtomobil litium dəmir fosfat dartma batareyasından istifadə edir.