“Brand Finance Global 500” dünyanın ən bahalı markalarını açıqlayıb. Əgər keçən il avtomobil istehsalçıları arasında lider “Toyota” olubsa, bu il şirkət “Tesla” və “Mercedes-Benz”dən sonra üçüncü yerdədir.

Məlumata görə, “Tesla”nın dəyəri ötən il ərzində 44% artaraq 66.2 milyard dollara çatıb. Reytinqdə ikinci yeri tutan “Mercedes-Benz” isə əksinə, 3% dəyər itirib və hazırda 58.8 milyard dollar olaraq qiymətləndirilir.

Dünyanın ən bahalı markaları reytinqinə avtomobil markaları arasında həmçinin “BMW” (33-cü yer), “Porsche” (40-cı yer), “Mitsubishi” (43-cü yer) və “Volkswagen” (47-ci yer) daxil olub.

İl ərzində ən çox bahalaşan avtomobil markası isə Çinin “BYD” şirkəti olub. Avtomobil istehsalçısı 57% bahalaşaraq 10 milyard dollar dəyər qazanıb.