Berenberg-in avro/dollar proqnozu

İnvestisiya bankı Berenberg Avronun daha da bahalaşacağını nəzərdə tutur.

Marja xəbər verir ki, Dolların bir ucuzlaşma meylinə girəcəyini düşündüklərinə toxunan Bankın Avropa Baş iqtisadçısı Holger Schmiedin, “Dollar hələ çox dəyərli vəziyyətdədir, 1.30-un avro/dollar məzənnəsində ədalətli dəyər olduğunu düşünürük. İlin sonunda 1,25 səviyyəsini də görə bilərik”,- deyib.

Holger Schmieding İngiltərə iqtisadiyyatının Avro bölgəsindən daha sürətli bir şəkildə yığışacağını söyləyib, Avro/Dollar üçün il sonu proqnozunun 1,25 səviyyəsində olduğunu bildirib.

“İngiltərə iqtisadiyyatının bu il 6,6% artacağını gözləyirik. İngiltərə Mərkəzi Bankının da daha optimist bir artım proqnozu açıqladı” deyən Schmieding, Avro Bölgəsi iqtisadiyyatının İngiltərə iqtisadiyyatı qədər sürətli bir şəkildə yığışa bilməyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, hazırda Avro/Dollar məzənnəsi 1.20 səviyyələrindədir.