Bu ilin birinci yarısında Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsait ödənilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

Yanvar-iyun aylarında qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Hesabat dövründə 1 518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.

Altı ayda ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 1 826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.