Neftə olan tələbat COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2023-cü ildən tez qayıtmayacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Çinin CNPC dövlət enerji şirkətinin nümayəndəsi Liu Rukuan bildirib.

“Hesab edirik ki, 2035-ci ildə neftə olan tələbat ən yüksək həddə çatacaq. Pandemiyanın neftə olan tələbatına güclü təsir göstərdiyini və 2023-cü ildən tez pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacağını düşünürük”, – L. Rukuan qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə enerji keçidinin inkişafı ilə istehlak azalacaq və 2035-ci ildə ən yüksək zirvəyə çatacaq.