Taiwan Semiconductor Manufacturing Company (TSMC), Yaponiyada zavod quracağını və ən geci 2024-cü ilə qədər ölkədə istehsala başlayacaqlarını açıqlayıb.

Marja xəbər verir ki, Şirkətin Baş direktoru C.C Wei, TSMC-nin Yaponiya hökumətinin dəstəyini almasına baxmayaraq zavod qurmaq planının hələ idarə heyətinin təsdiqini gözlədiyini söyləyib. Yapoyna hökuməti ölkədəki tədarük zənciri təhlükəsizliyini inkişaf etdirmək üçün şirkətə maliyyə təşviqləri təmin edəcəyini açıqlamışdı.

Qlobal çip tədarük böhranı dünyadakı istehsalçılara mənfi təsir edir. Böhranın, avtomobil sektorunun bu il 210 milyard dollarlıq satışı itirməsinə səbəb olacağı bildirilir.

TSMC-in qurmaq istədiyi zavodda 22-28 nanometr böyüklüyündəki çipləri istehsal etməyi hədəfləyir. Bu texnologiyanın bir az köhnə olduğu, lakin avtomobil istehsalı üçün hələ əhəmiyyət daşıdığı ifadə edilir.

TSMC, şirkətin qlobal avtomobil çip bazarındakı payının 15% olduğunu və tədarük böhranını tək başına həll edə bilməsinin mümkün olmadığını qeyd edib.

Eyni zamanda, rəqəmlərini də açıqlayan şirkət üçüncü rübdə satışlarının 14% artaraq 5,6 milyard dollara çatdığını bildirib.