Bu ilin aprel ayında Çinin valyuta ehtiyatları mart ayı ilə müqayisədə 0,6% və yaxud 17,9 mlrd. dollar azalaraq 3 124,85 mlrd. ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu, son 5 ay üzrə ən aşağı göstəricidir. Azalmaya əsas səbəb dolların digər xarici valyutalar qarşısında bahalaşmasıdır. Yeri gəlmişdən, ötən il Çin yuanı Amerika valyutasına nəzərən 11% ucuzlaşıb.
Apreldə ölkənin qızıl ehtiyatlarının dəyəri isə 78,4 mlrd. dollardan 78,4 mlrd. dollara düşüb.