Çinin smartfon istehsalçısı “Oppo” şirkəti “OnePlus”la birləşmədən sonra işçilərinin 20 %-ni ixtisar edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ixtisara “Android”i öz əməliyyat sistemi “ColorOS”a adaptasiya edən komanda və əşyaların interneti bölməsi düşəcək.

“Oppo” və “OnePlus”un birləşməsi Çinin mobil industriyasında ilk belə iri hadisə olub. Hazırda “Oppo” Çində “COVID-19”a yoluxmanın artması fonunda pərakəndə ticarətin zəifləməsi ilə üzləşib.