Yanvar-fevral aylarında Çinin böyük internet şirkətlərinin və əlaqəli xidmətlər göstərən şirkətlərin ümumi gəliri illik müqayisədə 7,6 faiz artaraq 246,3 milyard yuan (təxminən 34,71 milyard dollar) təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
Ümumi mənfəət illik müqayisədə 6,5 faiz artaraq 16,97 milyard yuan (təxminən 2,4 milyard dollar) təşkil edib.
Çində internet istifadəçilərinin sayı 2023-cü ilin sonuna qədər 1,09 milyardı ötüb. Əhalinin qlobal şəbəkəyə çıxış səviyyəsi 77,5 faiz təşkil edib.