Çin geoloqları Xunan əyalətində 600 milyard yuan (82,8 milyard dollar) dəyərində qızıl ehtiyatı aşkar ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə əyalətin geologiya idarəsindən bildirilib.

Qurum öz Wechat kanalında Pinciyan mahalının Vanqu qızıl mədəninin kəşfiyyatında “böyük bir irəliləyiş” haqqında məlumat yayıb.

Qeyd olunub ki, geoloqlar yerin 2000 metrdən çox dərinliyində 40-dan çox “qızıl damar” aşkar ediblər.