Çinin maliyyə bazarları, broker şirkətləri və media məkanı yuanın məzənnəsi ilə bağlı proqnoz verməyi dayandırıb.

Marja xəbər verir ki, buna səbəb rəsmi qurumların (Çin Mərkəzi Bankı, Xarici Valyuta İdarəsi və s.) nəzarəti gücləndirmələridir.

Marja “Reuters”ə istinadən xəbər verir ki, əvvəllər yuanı açıq şəkildə proqnozlaşdıran bütün ən böyük Çin brokerləri, indi valyuta məzənnəsi əvəzinə, Çin Mərkəzi Bankının və digər dövlət orqanlarının “qaynar əlinin” altına düşməkdən qorxaraq, geniş diapazonlarla və ya uzun mülahizələrlə məhdudlaşırlar.

“Reuters”ə danışan bir mənbə deyib: “Hər şey daha da sərtləşir. Bir neçə ay əvvəl yuan həssas səviyyələrə yaxınlaşanda, Mərkəzi Bank bir neçə dəfə treyderlərdən bazara istiqamət verə biləcək açıq proqnozlar verməmələrini tələb etdi”.

Yalnız xarici banklar yuana dair proqnoz verməyə davam edirlər.

Çinin ən böyük brokeri CITIC-in may ayında verdiyi ən son proqnoz, yuanın 7 illik ən yüksək səviyyəyə – 6.2 yuana, yəni dollara qarşı indiki səviyyəsindən 4%-dən çox bahalaşacağı ilə bağlı idi.

 

Forvard bazarı, əksinə olaraq, altı ay ərzində yuanın dollar qarşısında 2% aşağı düşərək 6,56-ya yüksələcəyini vəd etmişdi.