İyulda Çin markalı avtomobillər Rusiya Federasiyasında satılan yeni avtomobillərin ümumi sayının 24,3%-ni təşkil edib.

Marja xəbər verir ki, bu məlumatı “Avtostat” analitik agentliyi təqdim edir.

“2022-ci ilin iyul ayında ruslar Çin markalı 8642 yeni avtomobil alıblar ki, bu da ümumi bazarın 24,3%-ni təşkil edir”, – agentliyin məlumatında bildirilir.

Qeyd olunub ki, Çin istehsalçılarının avtomobilləri satışda ilk dəfə Koreya avtomobillərini üstələyib. İyulda Koreya brendlərinin ümumi satışdakı payı 21,2% təşkil edib, yerli istehsalçılar isə 30,9% payla liderliyini qoruyub.

Bazarda Çin avtomobil modellərinin satışı son aylarda sürətlə artmağa başlayıb. Belə ki, Çin istehsalçılarının payı martda 9,5%-dən apreldə 12,6%-ə yüksəlib, may ayında isə 16,9%-ə çatıb. İyun ayında bu göstərici bazarın 21%-nə yüksəlib.

“Ruslar tərəfindən iyul ayında alınan bütün Çin avtomobillərinin 90%-dən çoxu dörd markanın payına düşür: Chery (2 577 ədəd), Geely (2 323 ədəd), Haval (2 155 ədəd), EXEED (112 ədəd).

Ən populyar Çin avtomobil modelləri Geely Coolray (1219 ədəd), Haval Jolion (1162 ədəd), Chery Tiggo 7 PRO (1134 ədəd) olub.