Çin rəsmiləri artıq gömrük rüsumları ilə bağlı ABŞ administrasiyası ilə əlaqə saxlayıb.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib
“Deyərdim ki, onlar artıq bir neçə dəfə [bizə] müraciət ediblər”, – deyə D.Tramp bildirib.
ABŞ prezidenti çinli həmkarı ilə əla münasibətlərə malik olduğunu da vurğulayıb. “Mənim [Çin] sədri Si [Cinpin] ilə çox yaxşı münasibətim var və düşünürəm ki, bu, davam edəcək”, – deyə o əlavə edib.