“OpenAI” şirkəti “ChatGPT” istifadəçilərinin sayının həftədə 300 milyona yüksəldiyini açıqlayıb. Beləliklə, 2024-cü ilin avqust ayından etibarən çat-botun həftəlik auditoriyası 100 milyon artıb. Baş direktor Sem Altmanın sözlərinə görə, istifadəçilər hər gün ChatGPT-yə 1 milyondan çox sorğu göndərirlər.
Daha əvvəl “OpenAI” çat-bot daxilində reklamın tətbiqi imkanlarını nəzərdən keçirdiyini bildirib. Şirkət kommersiya strukturuna çevrilmək planları ilə əlaqədar yeni gəlir mənbələri axtarır. “OpenAI” həmçinin 2025-ci ilin yanvarında istifadəçi müdaxiləsi olmadan kompüterdə müxtəlif tapşırıqları yerinə yetirə biləcək yeni “Operator” adlı AI kəməkçisini buraxmağı planlaşdırır.