Çexiyada yanacaqdoldurma məntəqələrində benzinin qiyməti son həftə ərzində də bahalaşaraq tarixi maksimuma yüksəlib.

AZƏRTAC Çexiya mediasına istinadla xəbər verir ki, bu barədə respublikada benzin və dizel yanacağının qiyməti ilə bağlı gündəlik məlumat toplayan CCS kompaniyasından bildirilib.

Məlumata görə, son həftə ərzində Çexiyanın yanacaqdoldurma məntəqələrində bir litr benzinin qiyməti 0,27 kron artaraq orta hesabla 47,96 krona (təxminən 2,2 dollar) çatıb. Dizel yanacağının litri isə 1,06 kron bahalaşıb və hazırda onun qiyməti 48 kron (təxminən 2,3 dollar) təşkil edir.

Qeyd olunur ki, bir il öncə Çexiyada benzinin litri orta hesabla təqribən 17 kron (o dövrün məzənnəsi ilə təxminən 0,7 dollar), dizel yanacağının litri isə 20,6 kron (təxminən 0,9 dollar) idi. Mütəxəssislər Ukrayna ətrafında yaranan vəziyyət səbəbindən dünya bazarında neft çatışmazlığı ilə bağlı qorxuların artacağı təqdirdə növbəti bahalaşmanı istisna etmirlər.