Bu ilin yanvar-avqust aylarında 443 ton çay ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 4 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövründə isə 8,5 milyon dollarlıq 1401 ton çay ixracı həyata keçirilmişdi.