“TikTok” xidmətinin sahibi olan “ByteDance” şirkətinin dəyəri 25% azalaraq 220-225 milyard dollara enib. Ən yüksək həddə, 2021-ci ildə “ByteDance” investisiya şirkəti “Tiger Global Management” tərəfindən satın alındıqda 460 milyard dollar dəyərində qiymətləndirilib.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Çin şirkəti Honq-Konq və ABŞ-da IPO variantlarını araşdırsa da, siyahıya düşmə perspektivindən hələ çox uzaqdadır. 2022-ci ildə “TikTok” xidməti “ByteDance”a12 milyard dollar gəlir gətirib.

Çin internet şirkətinin dəyərinin kəskin dəyişməsi ABŞ-da “TikTok” qadağası ilə bağlı yaranan qeyri-müəyyənlikdən qaynaqlanır. Martın əvvəlində Ağ Ev ABŞ administrasiyasına milli təhlükəsizlik riskləri səbəbindən “TikTok” və digər xarici xidmətləri qadağan etmək səlahiyyəti verən qanun layihəsini dəstəkləyib.