Bloomberg-in məlumatına görə, Çinin BYD şirkəti Türkiyəyə 1 milyard dollarlıq sərmayə ilə gəlir.

Yüksək səviyyəli rəsmilərin Bloomberg-ə verdiyi məlumata görə, Çinin elektrikli avtomobil istehsalçısı BYD Türkiyəyə 1 milyard dollar sərmayə yatıracaq və bu investisiya bazar ertəsi günü keçiriləcək mərasimdə elan olunacaq.

Marja xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır may ayında Bloomberg-ə verdiyi açıqlamada BYD və Chery-nin Türkiyəyə sərmayə qoyması ilə bağlı danışıqların davam etdiyini bildirimişdi.

Rəsmilər BYD ilə danışıqların yekunlaşdığını və şirkətin Macarıstanda quracağını elan etdiyi ilk zavodun ardınca Türkiyədə də zavodunu quracağını bildiriblər.

Məlumata görə, zavod avtomobil sənayesinin mühüm şəhərlərindən biri olan Manisada tikiləcək. Müqavilə mərasimində prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı planlaşdırılır.