Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əməkhaqqı fondudur.

Trend xəbər verir ki, bunu Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, ötən ilin son göstəricisinə görə, əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır.

“Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18%-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma bu da kiçik məbləğdir. Bizim üçün ən vacib məsələ əməkhaqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”, – deyə Palata sədri əlavə edib.