Fevralın 16-da Rusiya Mərkəzi Bankının İdarə heyəti 2024-cü ildə uçot dərəcəsi ilə bağlı ilk iclasını keçirəcək.

Marja.az xəbər verir ki, bazar iştirakçılarının (bankların və investisiya şirkətlərinin) proqnozuna görə, Mərkəzi Bank uçot dərəcəsini cari səviyyədə (illik 16%) saxlayacaq. Proqnoz doğru çıxsa, Rusiya Mərkəzi Bankı son 7 ayda ilk dəfə faizini dəyişməz saxlayacaq.

Mütəxəssislərin fikrincə, tənzimləyici ilin ikinci yarısından gec olmayaraq aşağı dərəcələrə keçə bilər:

“Lakin yumşalma zəif olacaq və hətta ilin sonuna qədər Rusiya Mərkəzi Bankının faizi hələ də ikirəqəmli səviyyədə olacaq”, – əksər analitiklər əmindirlər.

Ötən iclasdan bugünədək keçən müddətdə pul siyasətinin sərtləşdirilməsi Rublun sabitləşməsinə və möhkəmlənməsinə, nəticədə məzənnədən çox asılı olan istehlak qiymətlərinə təzyiqinin sürətlə azalmasına kömək edib.

Rusiyada sərt pul siyasətinin təsirləri özünü göstərməyə başlayıb: inflyasiya ilə yanaşı, istehlak xərcləri ləngiyir, kreditləşmə soyuyur (ilk növbədə istehlak seqmentində), rublun məzənnəsi sabitləşib.

Eyni zamanda, inflyasiya yavaşlasa da, qiymət təzyiqi davam edir. İnflyasiyaya meylli amillər hələ də üstünlük təşkil edi, biznes və ev təsərrüfatlarının inflyasiya gözləntiləri yüksəkdir.

Analitiklər bildirir ki, Mərkəzi Bank faizini cari səviyyədə saxlamaqla ritorikanı yumşalda bilər.