Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsinin iclası keçiriləcək
Marja.az xəbər verir ki, Aprel iclasında qəbul ediləcək faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.
TCMB mart ayında keçirdiyi iclasında faizini 2,50 faiz bəndi azaldaraq 45 faizdən 42,5 faizə endirib. İqtisadçılar bu ay keçiriləcək iclasda hər hansı dəyişiklik gözləmirlər və Bankın pul siyasəti faizinin sabit qalacağını təxmin edirlər. İlin sonunda faiz dərəcəsi üçün ortaq proqnoz 34,5 faizdir .
Digər tərəfdən, Mərkəzi Bank martın 20- də növbədənkənar iclas keçirərək, bir gecəlik borclanma faizini 46 faizə qaldırıb.
Bugünkü iclasdan sonra yayımlanacaq press-relizdə inflyasiya və pul siyasətinin istiqaməti ilə bağlı veriləcək mesajların bazarlar üçün həlledici olacağı gözlənilir.
Türkiyə Mərkəzi Bankı 2025-ci ilin ikinci İnflyasiya hesabatını mayın 22-də açıqlayacaq. Bankın növbəti iclası iyunun 19- da keçiriləcək.