Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) növbəti faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, TCMB-nin uçot dərəcəsini 5 faiz bəndi artıraraq 25%-dən 30%-ə yüksəldəcəyi gözlənilir.

Qərar Bakı vaxtı ilə saat 15:00-da ictimaiyyətə açıqlanacaq.

Mərkəzi bankların əsas məqsədi illik inflyasiya təxminən 2%-dən yuxarı qalxdıqda qiymət sabitliyinə nail olmaqdır. Mərkəzi banklar inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrini artırırlar. Faiz dərəcələrində artım tendensiyası ölkə valyutasına müsbət təsir göstərir. Treyderlər gələcəkdə faiz dərəcələrinin necə dəyişəcəyini proqnozlaşdırmaq üçün tez-tez digər göstəricilərə baxırlar. Yüksək faiz dərəcələri milli valyutanı cəbedici edir ki, bu da ölkənin valyutasına tələbi kəskin şəkildə artıra bilər. Əgər faiz proqnozdan daha yüksək rəqəm ilə artırılarsa Türk Lirəsi bahalaşa,gözləniləndən aşağı artım olarsa türk Lirəsi ucuzlaşa bilər.

Yeri düşmüşək qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “İnflyasiyanı artıran amilləri aradan qaldırmağı hədəfləyirik” deyib.

Bu gün ABŞ dolları/Türk Lirəsi məzənnəsi 27,12 lirə səviyyəsini görüb və hazırda 27,04 səviyyəsindədir