2023-cü ildə BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 2 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin 2023-cü ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, 2022-ci illə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 41,2 % azdır.

Ötən il bu layihələrə hazırda davam edən 1təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən layihə və ətraf mühit üzrə təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,9 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2022-ci illə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.

İl ərzində bu layihələrə hazırda davam edən 14 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən layihə, ətraf mühit üzrə təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən layihə və müxtəlif mövzularda 18 konfrans və seminara dəstək fəaliyyəti daxildir.