Bu ilin aprel ayında Böyük Britaniyada inflyasiya səviyyəsi 0,8% təşkil edib ki, bu da 2016-cı ildən bəri ən aşağı inflyasiya göstəricisidir.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, 2020-ci ilin mart ayında ölkədə inflyasiya 1,5% təşkil edib. İnflyasiyanın 0,7 faiz bəndi azalması son 10 ildə ən kəskin aylıq azalma kimi qeydə alınıb. Böyük Britaniyanın Mərkəzi Bankının inflyasiya hədəfi isə 2%-ə bərabərdir.
Qeyd edək ki, inflyasiyanın azalması COVID-19 pandemiyası səbəbindən enən neft qiymətlərinin, geyim mağazalarında yüksək endirimlərin və ölkənin Mərkəzi Bankının iqtisadi stimul paketinin genişləndirməsi fonunda baş verib.