Bolqarıstanın Moskvadakı Konsulluğu Rusiya turoperatorlarına turist vizaları üçün sənədlərin qəbulunu müvəqqəti dayandırıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Turoperatorlara xəbərdarlıq edilib ki, turist vizası üçün sənədlər və mülk sahibləri üçün viza hələlik qəbul edilməyəcək.

Bolqarıstan konsulluğu bu qərarı fövqəladə vəziyyət kimi izah edib.

Xatırladaq ki, avqustun 5-də Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinin 14 əməkdaşı persona non-qrata elan edilib. Bolqar diplomatlar Rusiyadan çıxarılır.