Daha 1 milyon dolları isə şirkətin keçmiş rəhbəri Dennis Mehlenberq ödəyəcək.
Amerikanın “Boeing” şirkəti, “Boeing 737 MAX” təyyarəsinin təhlükəsizliyi ilə bağlı investorları çaşdırdığı iddiaları ilə bağlı 200 milyon dollar cərimə ödəyəcək. Daha 1 milyon dollar isə keçmiş baş direktor Dennis Melenberq tərəfindən ödəniləcək.
Marja xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytında dərc edilmiş bəyanatda deyilir.
SEC-in Boeing və Mehlenberg-ə qarşı əmrlərində, onların federal qiymətli kağızlar qanunlarının saxtakarlığa qarşı müddəalarını səhlənkarlıqla pozduqları bildirilir. Qeyd olunur ki, zərər çəkən investorların maraqları üçün xüsusi fond yaradılacaq.
Açıqlamaya görə, şirkət və onun rəhbəri Boeing 737 MAX 8-in iştirakı ilə baş vermiş iki təyyarə qəzasının birincisindən sonra əmin ediblər ki, bu təyyarə “səmada indiyədək uçmuş digər təyyarələr kimi təhlükəsizdir”.
2018-ci il oktyabrın 29-da İndoneziyada “Lion Air” şirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsi qəzaya uğrayıb, 189 nəfər həlak olub. 2019-cu il martın 10-da Efiopiyada Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Boeing rəhbərliyi daha sonra etiraf etdi ki, hər iki halda təyyarə qəzaya uğramazdan əvvəl MCAS sisteminin göyərtəsində nasazlıq yaranıb. Bundan sonra bir çox ölkələr, o cümlədən Rusiya, ABŞ və Avropa Birliyi təhlükəsizlik səbəbi ilə bu seriyalı təyyarələrin istismarını dayandırıb.
2019-cu ilin dekabrında Mehlenberq istefa verib.