Təyyarə istehsalçısı “Boeing” ABŞ Ədliyyə Nazirliyinə “Lion Air” və “Ethiopian Airlines” şirkətlərinə məxsus iki 737 MAX təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatı başa çatdırmağa imkan verəcək dolandırıcılıq və cinayət sui-qəsddə təqsirli bilinmək barədə razılığını təsdiqləyib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Boeing” ABŞ-ın Ədliyyə Nazirliyinə günahının etiraf edilməsi ilə bağlı təfərrüatlı saziş təqdim edib.

Bu saziş çərçivəsində şirkət həmçinin 243,6 milyon dollar cərimə ödəməyi də öhdəsinə götürür. Bundan əlavə, “Boeing” üç il ərzində təhlükəsizlik və normativ standartlara riayət edilməsi proqramlarının təkmilləşdirilməsinə ən azı 455 milyon dollar sərmayə qoymağı planlaşdırır.

2018-ci ildə “Boeing 737 Max” Efiopiyada, 2019-cu ildə isə İndoneziyada qəzaya uğrayıb. Hər iki təyyarə qəzasında minə yaxın insan həlak olub.