Təyyarə istehsalçısı “Boeing”, tətil edən ABŞ işçilərinə dörd il ərzində 38% maaş artımı da daxil olmaqla təkmilləşdirilmiş təklif irəli sürüb.

APA xəbər verir ki, bu barədə “Reuters“ həmkarlar ittifaqının nümayəndəsinə istinadən məlumat yayıb.

30 mindən çox həmkarlar ittifaqı işçisi tezliklə yeni təklifi alacaq və noyabrın 4-də həmkarlar ittifaqı üzvlərinin onu rədd edib-etməmək barədə qərar verəcəyi səsvermə keçiriləcək.