Agentlik bildirir ki, Kiyev borcun restrukturizasiyasını və ya Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanını tələb edə bilər.

Ukrayna 1,4 milyard dollara yaxın xarici borcunu, o cümlədən faizləri sentyabrın 1-də ödəməlidir. Ölkə hakimiyyəti öhdəliklərini yerinə yetirmək yollarını tapmağa çalışır.

Marja xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg məlumat yayıb.

Agentlik öz hesablamaları əsasında məbləği təyin edib. Adının çəkilməsini istəməyən mənbələrə görə, Kiyev kreditorlara borcun restrukturizasiyasını təklif edə bilər. Digər variant isə Kiyevə Qərbə Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanı verməkdir. Lakin sonuncu variant hüquqi baxımdan mübahisəlidir. Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar aparılır.

Kreditorlar Ukraynanın çıxış yolu tapmaq qabiliyyətinə şübhə edirlər. Ölkənin borc öhdəliklərinin dəyəri aşağı düşüb, ödəmə müddəti sentyabrda başa çatan öhdəliklər isə artıq 40% azalıb. Kiyev xarici öhdəliklərini yerinə yetirməsə, bu, gələcəkdə onun qlobal maliyyə bazarına çıxışına mənfi təsir göstərəcək.

Bloomberg xatırladır ki, münaqişə nəticəsində Ukraynanın ÜDM-nin 30% azalacağı gözlənilir. Bu şəraitdə ölkə hakimiyyət orqanları kənar dəstəyə baxmayaraq, büdcənin icrasında çox böyük çətinliklər yaşayır.