“SpaceX” tərəfindən hazırlanmış “Starlink” peyk rabitə terminalları bütün dünyada qara bazarda satılır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məluamt yayıb.

Agentlik vurğulayır ki, bu sistemlərin qaçaqmalçılığı qlobal problemdir və “SpaceX”in terminalların satışına nəzarət etmək qabiliyyətini şübhə altına alır.

“Starlink”in Venesuela, Yəmən, Sudan və Cənubi Afrika kimi ölkələrdə istifadə edildiyi təsbit edilib. Ancaq şirkət terminalların bu ölkələrdə satılmadığını bildirib. Lakin qaçaqmalçılar cihazları başqa ölkələrdə aktivləşdirir, bundan sonra istənilən başqa ölkədə alıcı tapırlar.

“Starlink” “SpaceX” tərəfindən yaradılan, İlon Mask tərəfindən qurulan peyk İnternet layihəsidir. Layihənin məqsədi, “SpaceX” tərəfindən bildirildiyi kimi, aşağı Yer orbitində minlərlə kiçik peykdən ibarət şəbəkədən istifadə edərək, planetin ən ucqar guşələrində yüksək sürətli interneti təmin etməkdir.